"Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                     Məşhur milyonçunun qardaşı hakim qarşısında .....                     Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib .....                     “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib .....                     Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib .....                     “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı .....                     İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır .....                     Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi .....                     “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” .....                     Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb .....                     "Son zəng"in səsini heç kim eşitmək istəmir: .....                     PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? .....                     Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını .....                     Aysun getdiyi toylardan görün nələr tələb edir: .....                     "Meyiti palatada gizlədiblər" .....                     Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb .....                     Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə .....                     Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib .....                 

Vasif Talıbovun yaratdığı eybəcərliklər DAVAM EDİR...
Tarix: 19-12-2022, 08:18 | Çap et
Vasif Talıbovun yaratdığı eybəcərliklər
DİA.AZ: - DİA.AZ olaraq tanınmış jurnalist Heydər Oğuzun Naxçıvanla bağlı paylaşdığı ayrı-ayrı olayları diqqətinizə çatdırmaqda davam edirik. Beləliklə...

Bundan əvvəlki yazı burada: Naxçıvanda vəzifəlilər toplantıya hazırlaşır - Belə davam edərsə...

***

Naxçıvan şəhər polisindən Vasif “xan”a səmərəli zəhmətkeş təklifi: Rəşad İsmayılov “Qəssab Kəmalə”nin oğlu ilə əvəz olunsun
Yadınızdadırsa, dünən Naxçıvan Doğum Mərkəzinin baş həkimi Kəmalə Qurbanovanın oğlu polis baş leytenantı Məhəmməd Nizami oğlu İmanov barədə redaksiyamıza daxil olan bir məlumat yayımlamışdıq. Məlumatda bildirilirdi ki, Naxçıvan DYP-nın inzibati cərimələr üzrə baş inspektor vəzifəsində işləyən Məhəmməd İmanov da xasiyyətcə anasına bənzədiyi üçün ona el arasında “maşın qəssabı” deyirlər. Paylaşımımıza Naxçıvandan dərhal reaksiya gəlmişdi. Əkbər Novruzov adlı bir facebook istifadəçisi statusumuzun rəy bölümündə yazdığı rəydə iddia etmişdi ki, bu məlumat yalandır. Məhəmməd İmanov o qədər təmiz, qabiliyyətli, mərhəmətli adamdır ki, hətta bu keyfiyyətləri ilə nazir olmağa layiqdır.
Əkbər Novruzovun bu fikirlərinə hörmətlə yanaşır, hesab edirik ki, o, öz düşüncələrini dilə gətirməklə əslində Naxçıvan MR Daxili İşlər naziri Rəşad İsmayılovla Məhəmməd İmanovu qarşılaşdırır və üstünlüyü ikinciyə verir. Ümidvarıq ki, Naxçıvan “xanı” Vasif Talıbov da sadə vətəndaşın bu müqayisəsini nəzərə alacaq, yaxın vaxtlarda Rəşad İsmayılovla Məhəmməd İmanovun yerini dəyişdirəcək. Necə olsa, “xan” həzrətlərinin istənilən gizirə general rütbəsi verib 1 günün içində onu nazir qoymaq təcrübəsi var. Məhəmməd İmanov isə polis baş leytenantıdır və məntiqlə ona nəinki general, hətta marşal rütbəsi də vermək olar.
Vətəndaş Əkbər Novruzovun Vasif “xan”a ünvanladığı eyhamlı mesajlarını dəyərləndirməyi qibleyi-aləmin öz ixtiyarına buraxırıq. Bizi maraqlandıran isə “maşın qəssabı” kimi ad çıxarmış Məhəmməd İmanovun misli-bərabəri görünməmiş mənəvi keyfiyyətlərini gün işığına çıxaran Əkbər Novruzovun kimliyidir.
Apardığımız qısa araşdırmadan sonra Əkbər Novruzovun həqiqətən də sadə vətəndaş olduğunu təsbit etdik. Məlum oldu ki, bu sadə vətəndaş bufetçidir. Yəni alnının təri ilə pul qazanır. Həm də bilirsiniz harda? - Naxçıvan şəhər polis idarəsində. Bəs onu da bilirsinizmi ki, Əkbər Novruzov alın təri ilə pul qazanmaq imkanını kimin sayəsində əldə bilib? Yəqin ki, bilməzsiniz. Onda icazə verin, bunu da mən deyim. Sən demə, bizim məlumatımıza şübhə kölgəsi salmaq istəyən bu bufetçi Naxçıvan şəhər polis idarəsinin rəis əvəzi Şahin Novruzovun qardaşıdır. O Şahin Novruzovun ki, gözünə sataşan imkanlı adamların cibinə narkotik qoyub, tutur və qaz kimi yolduqdan sonra sərbəst buraxır. Yəni Vasif “xan”ın “0 cinayət” siyasətinin ən uğurlu icraçılarından biri kimi tanınır. Məhz bu qabiliyyətinə görə də Naxçıvan şəhərinin asayişi ona tapşırılıb.
Görünür, qardaşının yanında bufetçi işləyən Əkbər Novruzovun bu fikirləri dilə gətirməsi təsadüfi deyil. O, əslimdə özünün yox, qardaşının fikirlərini səsləndirib. Belə çıxır ki, Şahin Novruzov da Rəşad İsmayılovun şəxsi keyfiyyətcə Məhəmməd İmanovdan geri qaldığını və onların yerlərinin dəyişdirilməsini arzulayır. Ümid edirik ki, Vasif “xan” Naxçıvan polisindən gələn bu mesajları vaxtında qiymətləndirəcək və həbs olunmamışdan əvvəl Naxçıvan MR-ın taleyini daha ləyaqətli bir adama – Məhəmməd İmanova tapşıracaq.

***

Oruc Zalovun bacısı oğlu ölkədən qaçmaq istəyir

Srağagün Prezident İlham Əliyevin Fərmanı ilə Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalovun işdən azad edilməsindən sonra Naxçıvan MR-in sabiq İqtisadi İnkişaf naziri Famil Seyidovun qarnına sancıların dolduğu xəbər verilir.
Bildirilir ki, uzun illər Naxçıvanın İqtisadi İnkişaf naziri işləyən, 2019-cu ildə isə vəzifəsindən qovularaq Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi MMC-nin müdir müavini vəzifəsinə təyin olunan Famil Seyidov Oruc Zalovun bacısı oğludur. Famil Seyidovun son 3 ildə taxıl maxinasiyaları ilə qaz vurub qazan doldurduğu da gələn məlumatlar arasındadır.
Famil Seyidov Naxçıvan “xan”ı Vasif Talıbov Naxçıvanda hakimiyyətə gələn kimi onun komandasında yer alıb, əvvəl Muxtar Respublikanın Ticarət naziri, sonra isə İqtisadi İnkişaf naziri kimi mühüm vəzifələrdə işləyib. Onun xüsusilə İqtisadi İnkşaf naziri işlədiyi zamanlarda iş adamlarının başına inanılmaz oyunlar gətirildiyi deyilir. İddalara görə, Famil Seyidov iş adamlarına verdiyi kreditin 40%-ni şapka kimi alması, qalan 60%-i isə İrandan gətirdiyi keyfiyyətsiz malları onlara sırıması ilə məşhurdur. Məhz bu işgüzarlığı sayəsində Naxçıvanın iş adamları ucdan tutma iflasa sürüklənmiş və Muxtar Respublikanın iqtisadiyyatı bütünlüklə “xan” həzrətlərinin əlinə keçmişdir.
Əldə etdiyimiz məlumata görə, dayısının işdən çıxarılması xəbəri yayılar-yayılmaz Famil Seyidovun “hansısa xəstəlikdən əziyyət çəkdiyi” məlum olub. O indi xəstəliyə görə istefa ərizəsi yazıb xaricə “müalicəyə yollanmaq” istəyir. Təbii ki, bu xəstəliyin siyasi olduğundan şübhə duyulur. Ümid edirik ki, Naxçıvan iqtisadiyyatını böyrü üstə qoyan, Muxtar Respublikanın boşalmasında birbaşa “xidmətləri” olan Famil Seyidovun ölkədən qaçmasının qarşısı alınacaq və o, iş adamlarının qənimi kimi istintaqa cəlb olunacaq.
Qara Pişik

***

Naxçıvanbankın Şərur rayon şöbəsində Baş Xəzinədar işləyərkən müəmmalı şəkildə yoxa çıxan və bir neçə saatdan sonra Gümüşlü dağları arasında meyiti tapılan Həsənov Orxanın valideynləri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanıma növbəti dəfə video-müraciət ünvanlayıb. Onların iddiasına görə, övladlarının ölümü şübhəlidir və bədbəxt hadisənin əsl səbəbi rayon hüquq mühafizə orqanları tərəfindən ört-basdır edilir. Naxçıvanda Vasif “xan”ın “0 cinayət” prinsipi qüvvədə olduğundan Həsənovların bu iddiası gözardı edilə bilməz. Azərbaycan hüquq-mühafizə orqanlarının bu müəmmalı ölüm hadisəsini araşdırması ümidiylə valideynlərin video-müraciətini yayımlayırıq.
Qeyd edək ki, Orxan Həsənovun ölümündən əvvəl NaxçıvanBankın Şərur şöbəsində ciddi yeyinti faktları ortaya çıxmış, şöbənin rəhbərliyi bunu mərhum Baş xəzinədarın boynuna qoymağa çalışmışdı. Orxan Həsənov isə bu ittihamları qəbul etmirdi. Ardınca da bu bədbəxt hadisə baş vermişdi. Mərhumun valideynləri yeyintilərin əsl günahkarının təsbit edilə bilməməsi üçün Orxanın aradan götürüldüyündən şübhələnirlər.

***

Prezident İlham Əliyev 2018-ci ildə Culfa-Ordubad magistralının salınması üçün dövlət əsaslı investisiya xərcləri üçün nəzərdə tutulan vəsaitdən 30 milyon manat ayırıb.
Prezident yenə ertəsi il eyni büdcədən eyni layihəyə 34.3 milyon manat ayırıb.
Bir yolun çəkilməsi üçün üst-üstə 64 milyon manatdan çox vəsait xərclənib.
Yolun uzunluğu nə qədər olsa yaxşıdır? – Cəmi 50 km. Bunu da 39 km-i iki zolaqlı, 11 km. isə 4 zolaqlı. Yəni hər km-ə 1.28 milyon manat düşür.
Culfa camaatı yola bu qədər vəsait xərcləndiyinə şübhə edir və məsələni araşdırması üçün DTX-nın Naxçıvan Baş İdarəsinə müraciət etməyə hazırlaşırlar.
"Vasif Talıbov ölkə rəhbərini aldadıb 50 km-lik yol üçün 64 milyon manat alıb", - şikayətə getməyə hazırlaşan bir Culfa sakini bizimlə söhbətində belə deyib.

***

Bir müddət əvvəl Ordubad rayon prokurorunun qaynanasının işlədiyi çörəkbişirmə sexinin xadiməsini bıçaqladığını xəbər vermişdik. Xəbərdə bıçaqlanan xadimənin adı çəkilməmişdi.
Maraqlıdır ki, bu gün Ordubad sakini Hümbətov Zülvəli Qulam oğlu video-təkzib yayımlayaraq, onun yoldaşının bıçaqlanmadığını bildirib və bizi bu iddianı təkrarlayarsaq, məhkəməyə verməklə təhdid edib.
Biz qarşı tərəfin mövqeyi kimi bu videonu paylaşırıq. Amma onu da bildirməyi borc bilirik ki, Hümbətov Zülvəli bəyin iddiaları istər-istəməz bu suallara yol açır: Həqiqətən də məlum hadisə baş verməyibsə, Zülvəli bəy hardan bilir ki, biz Ordubadda adam bıçaqlanıb deyərkən, məhz onun yoldaşını nəzərdə tuturuq?
Ümid edirik ki, müvafiq dairələr bu suala aydınlıq gətirmək, hansı tərəfin haqlı olduğunu müəyyənləşdirmək üçün iddiaları araşdıracaq və lazımi ölçü götürəcək.

***

Vasif Talıbovun yaratdığı eybəcərliklər

“Pulsuz Reklam” silsiləsindən: Avtovağzal Otel necə “talıbovlaşdırılıb”?
Talıbovlar ailəsinin cüzi qiymətə özəlləşdirib öz təsərrüfatlarına qatdığı dövlət obyektlərindən biri də “Avtovağzal Otel”dir.
Qara Pişiyin iddiasına görə, sovet hakimiyyəti illərindən 2016-cı ilə qədər bu otel dövlətin nəzarətində və balansında olub. Nə hikmətdirsə, 2016-cı ildə günlərin bir günündə Naxçıvan əhli yuxudan oyananda otelin Nəqşicahan holdingin mülkiyyətinə daxil olduğunu eşidib.
Otelin hansı qiymətə hərraca çıxarıldığını isə MR-də bilən yoxdur. Görünür, muxtar hüquqlu Naxçıvanda bu kimi məlumatlar dövlət sirri kimi qorunur. Amma Naxçıvan qaydalarını dərindən bilən “Qara Pişiy”in Avtovağzal Otelin neçəyə özəlləşdirilməsinə dair öz təxminləri var: “SOCAR-ın tikib ərsəyə gətirdiyi Diaqnostika Mərkəzi 100 min manata özəlləşdirilibsə, deməli Avtovağzal Otel “xan” ailəsinə daha ucuz qiymətə, bəlkə də 50-60 min manata başa gəlib”.
Bildirilir ki, cəmi 50-60 min manata özəlləşdirilən təkcə otel olmayıb. “Xan” ailəsi bir göz qırpımında oradakı 15 mağazanı da bu özəlləşdirmə yoluyla öz mülklərinə qatıb. Halbuki, həmin mağazaların hər birini 20-30 min manata satmaq olar və yəqin ki, elə də edilib. Amma Naxçıvanda mağazaların satın alınması o demək deyil ki, orada qazandıqların sənin olmalıdır. Mağaza sahibləri satın aldıqları mağazalar üçün kirayə ödəməklə yanaşı, həm də qazanclarının yarısını da “xanzadə” Seymur ibn Vasif həzrətlərinə verməlidirlər.
Hər ay Avtovağzal Oteldən gələn mənfəətlərin və kirayələrdən yığılan pulların holdinqin kassasına mədaxil olunduğunu bildirən mənbəmizin iddiasına inansaq, bu obyetlərin də təkcə 2022-ci ildə 458,350 ( dörd yüz əlli səkgiz min üç yüz əlli ) manatlıq dövriyyəsi olub və o belə, vergidən yayındırılıb.

***

DAVAMI MÜTLƏQ OLACAQ...

diaaz.space olaraq qeyd olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Bu gün, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Bu gün, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Bu gün, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Bu gün, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Bu gün, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Bu gün, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Bu gün, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Bu gün, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Bu gün, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Bu gün, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Bu gün, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Bu gün, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Bu gün, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Bu gün, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Bu gün, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Bu gün, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Bu gün, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Bu gün, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Bu gün, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Bu gün, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Bu gün, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Bu gün, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Bu gün, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Bu gün, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Bu gün, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Bu gün, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Bu gün, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Bu gün, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Bu gün, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Bu gün, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Bu gün, 14:02
PKK-dan tarixi qərar, şübhələr və suallar: 43 illik terror bitdi? - AKTUAL
Bu gün, 14:00
Azərbaycanın işləməyən şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR
Bu gün, 13:58
Aysun getdiyi toylardan görün nələr tələb edir: - POMİDOR-XİYAR, QƏND, ÜTÜ...
Bu gün, 13:02
"Meyiti palatada gizlədiblər" - Əməliyyatdan sonra qadın ölümü ilə bağlı iddia
Bu gün, 13:00
Azərbaycanda orta aylıq əməkhaqqı 40 manat 20 qəpik artıb – Rəsmi
Bu gün, 12:57
Məhkəmə Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barədə QƏRAR VERDİ
Bu gün, 12:52
Qazaxda 15 May - Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
Bu gün, 12:49
“Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb
Bu gün, 12:42
Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi ilə bağlı həbs edilən sabiq idarə rəisinin cəzası azaldılıb
Bu gün, 12:40
Şirvan Sənaye ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 12:37
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:36
Ziba Osmanlı Vəfa Şərifovaya söz atdı: - “Məndə olan gözəllik onda yoxdur”
Bu gün, 12:32
Ramiz Mehdiyevin qızı “təslim olmur” - TƏFƏRRÜAT
Bu gün, 12:28
Eşidib ki, inilti səsi gəlir... - 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı
Bu gün, 12:27
Kosmetoloq müştərisinin qızllarını ələ keçirib lombarda qoydu - Görünməmiş dələduzluq
Bu gün, 12:22
Ermənistan və Almaniyanın müdafiə nazirləri tərəfdaşlığın genişləndirilməsini müzakirə ediblər
Bu gün, 12:20
SSRİ bayrağı qaldıran sədrin qardaşı həbs edilib - YENİ FAKTLAR...
Bu gün, 12:17
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru